Erməni əsgər intihara məcbur edilib - İDDİA

Erməni əsgər intihara məcbur edilib -   İDDİA

Ermənistan ordusunda intihar edən əsgərin bu addımı atmağa məcbur edildiyi aşkarlanıb.


"Bakupost" "Yeni Sabah"a istinadla xəbər verir ki, intihar etməzdən əvvəl onun əsgər yoldaşları ilə problemləri olub.

İşlə bağlı 2 nəfər saxlanılıb, daha 1 nəfərin həbsi istisna edilmir.

Xatırladaq ki, Müdafiə Nazirliyinin 9-cu hərbi hissəsinin hərbçisi Tiqran Stepanyanın cəsədi 31 oktyabrda güllə yarası ilə tapılıb. Müdafiə Nazirliyi hadisənin səbəblərini tam aydınlaşdırmaq üçün araşdırma aparıldığını bildirib.

Mənbə: www.bakupost.az