Türkiyədə avtobus qəzası: 45 yaralı var – Foto

Türkiyədə avtobus qəzası: 45 yaralı var –

Türkiyənin mərkəzində yerləşən Konya vilayətində şəhərlərarası sərnişin avtobusunun aşması nəticəsində 45 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, qəza saat 02:00 radələrində İsparta–Beyşehir avtomobil yolunda baş verib.

Antalya–İğdır marşrutu üzrə hərəkət edən “Yeni Diyarbakır” şirkətinə məxsus avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, yaralananlardan təxminən 40-nın xəsarətləri yüngül olub.

Zərərçəkənlər Beyşehir Dövlət Xəstəxanasına çatdırılıb. Onlardan beşi Konyadakı, üçü isə Seydişehir rayonundakı xəstəxanalara köçürülüb.

Faktla bağlı araşdırma başlanılıb. (Mənbə: Milliyet)

Türkiyədə avtobus qəzası: 45 yaralı var – Foto - foto 1
Türkiyədə avtobus qəzası: 45 yaralı var – Foto - foto 2

Mənbə: bizim.media