Bakı Metropoliteninin “28 May” stansiyasında QR kod vasitəsilə ödəniş sistemində nasazlıq yaranıb.
Bu səbəbdən sərnişinlər QR kodla ödəniş etməkdə çətinlik çəkirlər.
Məlumata görə, hazırda stansiyada QR kod vasitəsilə ödəniş mümkün deyil.
Problemin səbəbi və sistemin nə vaxt bərpa olunacağı barədə hələlik məlumat yoxdur.
Mənbə: bizim.media