“Döyüşdə yaralılarımız çox idi, ağır günlər yaşadıq” - Erməni həkim

İkinci Qarabağ müharibəsində yaralı erməni hərbçilərə yardım etmiş həkim Anatoli Qnuni müharibə xatirələrini bölüşüb. Azvision.az xəbər verir ki, müharibənin ilk günündən Qarabağa gələn erməni həkim dəhşətli mənzərələrin şahidi olduğunu deyib. Qnuni Qarabağa gedərək əvvəlcə oteldə qalmağı, bir müddət gözləməyi düşüb. Amma baş verən hadisələr buna imkan verməyib.

Azərbaycan Ordusu işğalçılara elə layiqli dərs verirmiş ki, erməni həkimlərin başlarını qaşımağa belə vaxtları olmayıb:

"Qarabağa gəldik və burada nələrin baş verdiyini gördük. Dərhal xəstəxanaya gedib paltarımızı dəyişdik. İşə başladıq. Otelə getmək üçün vaxt yox idi. Qarabağda döyüşlər zamanı çox ağır günlər yaşadıq və xeyli sayda yaralını qarşıladıq. Bir dəfə həkimlərlə yemək yeməyə gedəndə yolda Qarabağdan təxliyyə olunan 300-dən çox uşağı gördük. Çox ağrılı bir mənzərə idi, polis oradan keçən maşınları dayandırıb, onları maşınlara mindirirdi və ən qısa zamanda ərazidən çıxmalarını əmr edirdi. O gün yemək yemədik. Xəstəxanaya qayıtdıq və bütün bunları gördükdən sonra sadəcə bir yerdə oturmaq mümkün deyildi".

Həkim döyüşlər zamanı Şuşadan xeyli sayda yaralının gətirildiyini söyləyib. Yaralılar arasında polislər də olub.

“Tibb bacısının yaralılar arasında qohumunu görməsi halları ilə rastlaşdıq. Elə hallar da olub ki, tibb bacıları yaralını görərək özlərindən gediblər. Çünki xəstəxanaya gətirilən əsgərin onun ya əmisiuşağı və ya qardaşı olduğu ortaya çıxırdı”.
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir

SONRAKI XƏBƏR

Gürcüstan siyasi təlatümə doğru: "Vəziyyət daha da gərginləşəcək"-ŞƏRH