Gürcüstanda yoluxanlar artdı - 10 nəfər öldü

Gürcüstanda yoluxanlar artdı - 10 nəfər öldü

23 fevral, Fineko/abc.az. Son 24 saatda Gürcüstanda 493 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 10 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3 457 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 552 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 268 995 nəfərə çatıb.

Onlardan 262 796 nəfəri isə tam olaraq sağalıb.

Mənbə: abc.az