Gənc qız sevgilisi tərəfindən işgəncə ilə ÖLDÜRÜLDÜ

Rusiyada dəhşətli qətl hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, 23 yaşlı Vera Pekhteleva keçmiş sevgilisi tərəfindən üç saat ərzində qapalı məkanda işgəncə görüb. Daha sonra 24 yaşlı cani gənc qızı ütünün kabeli ilə boğaraq öldürüb.

Belə ki, gənc qız ölümündən əvvəl 7 dəfə polis şöbəsinə zəng edib. Lakin o heç cürə xəttə düşə bilməyib. Mənzildən gələn səs-küyə görə, qonşular polisə zəng edib. Hadisə yerinə cəlb olunan polis əməkdaşları gənc qızın cansız cəsədini aşkar ediblər. Onlar qısa zamanda 24 yaşlı qatili də saxlayıblar.

İstintaq çərçivəsində əldə edilən dəlillərə görə, ayrılığa dözməyən Vladislav Kanyus sevgilisini evə apararaq ona işgəncə verib. Veranı dəhşətcəsinə döyən keçmiş sevgilisi cinayəti etiraf edib.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Bu ərazilərdən quş ətinin gətirilməsi - Dayandırılıb

SONRAKI XƏBƏR

"Hamıya peyvənd olunmağı tövsiyə edirik" - Sülhəddin Əkbər