Hamilə arvadını qayalıqdan atan ƏR barədə ŞOK detal MƏLUM OLDU- FOTO

Hamilə arvadını qayalıqdan atan ƏR barədə ŞOK detal MƏLUM OLDU- FOTO

Ərinin qayalıqdan atdığı Semra Aysalın son görüntüsü ortaya çıxıb.

Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Muğla şəhərində qayalıqdan yıxılaraq ölən hamilə qadının cinayət işi barədə yeni detallar məlum olub.

Belə ki, vəfat edən 7 aylıq hamilə Semra Aysalın hadisədən əvvəl görüntüləri ortaya çıxıb. Aysal ilə həyat yoldaşının qayalığa yaxınlaşdığı anı əks etdirən görüntülərdə bunu çəkən şəxsin "Ya bu kişi qadını yerə atacaq, ya da bu qadın kişini" dediyi öyrənilib.

Həmçinin Hakan Aysalın həyat yoldaşının ölümündən bir ay sonra fərqli yerlərə istirahətə getdiyi, bahalı otellərdə qaldığı də öyrənilib.

Həmin anları əks etdirən görüntülər isə bunu çəkən şəxsin kompyuterində qorunub saxlanılıb.

Qeyd edək ki, 2018-ci ilin iyun ayında 7 aylıq hamilə Semra Aysal və əri Hakan Aysal tətilinin son günü Muğlanın Kəpənəklər Vadisinə gediblər. Burada qayalardan yıxılan 7 aylıq hamilə Semra Aysalın ölümünü şübhəli hesab edən ailə hadisəni araşdırmaq üçün prokurorluğa müraciət edib.

Hadisəni Hakan Aysalın sığorta pulu almaq üçün bunu etdiyi deyilir.

Şəlalə Babayeva

 

Mənbə: sonxeber.az