Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, dünən saat 14 radələrində rayonun Qulabənd kəndində yaşayan 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömək etmək üçün xurma yığarkən ölüb.
Belə ki, onun əlində olan dəmir nərdivanın elektrik naqili ilə toqquşması zamanı cərəyan vurması nəticəsində aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: qafqazinfo.az