Məktəblilərin telefon və yazışmaları yoxlanılır - Müfəttiş şagirdləri hədələdi

Məktəblilərin telefon və yazışmaları yoxlanılır - Müfəttiş şagirdləri hədələdi

Rusiyada narazılığa səbəb olan maraqlı hadisə baş verib.

Publika.az "74.ru" saytına istinadən xəbər verir ki, Çelyabinskdə dərs zamanı məktəblilərin telefonları araşdırılıb. Səlahiyyətli şəxslər yeniyetmələri çat yazışmalarını, izlədikləri kanalları və qalereyalardakı görüntü, şəxsi məlumatları göstərməyə məcbur ediblər.

"Hadisə "Privileqiya IT Liseyi"ndə baş verib. Yetkinlik yaşına çatmayanlarla iş üzrə müfəttiş məktəbə çağırılıb və o, dərs zamanı yuxarı sinif şagirdlərinin telefonlarını yoxlayıb", - məlumatda qeyd edilib.
Əvvəlcə şagirdlərdən könüllü olaraq hansı çatların və kanalların üzvü olduqlarını açıqlamaları istənilib. Lakin məktəblilər imtina edən zaman onlar hədələniblər. Şagirdlərə deyilib ki, əks təqdirdə valideynlər məktəbə çağırılacaqlar: "Şagirdlərin sözlərinə görə, yetkinlik yaşına çatmayanlarla iş üzrə müfəttiş sospedaqoq və sinif müəlliminin iştirakı ilə onların telefonlarındakı məzmunları araşdırıb nələrsə axtarıblar. Bir şagird hətta bildirib ki, onun qalereyası və bu yaxınlarda silinmiş şəkillərinə də baxıblar...".

Şagirdlərdən biri isə deyib: "Mən "Telegram"dakı gənclərə aid bir kanaldan çıxmalı oldum. Düşünürəm ki, bu, qanunsuzdur. Bu şəxsi məsələdir və başqalarının telefonlarına baxmamalısan".

Bu cür yoxlamalar bir sinifdə aparılmayıb. Belə bir anormal tədbir yeniyetmələrin narazılığına səbəb olub. Çelyabinsk polisi yayılan məlumatları, aparılan qəfl yoxlamaları təsdiqləyib və bildirib ki, araşdırmalar müəllimlərin yeniyetmələr tərəfindən istifadə edilən şübhəli çatlar barədə məlumat verməsindən sonra aparılıb.

Mənbə: publika.az