Bakıda avtobus qəzası - Yaralı var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axeber.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Metronun “Qara Qarayev” stansıyasının yaxınlığında hərəkətdə olan sərnişin avtobusu yolu keçən 1988-ci il təvəllüdlü Qarayev Məhəmməd Ramiz oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Yaralıya baş nahiyəsinin əzilmiş və cırılmış diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Axeber.az

ƏVVƏLKİ XƏBƏR

Finiks şəhərində erməni terrorunu əks etdirən sərgi təşkil olunub (FOTO)

SONRAKI XƏBƏR

Yasamaldakı yanğının söndürülməsi ilə bağlı yeni detallar - "Azercell" dəstək oldu