DƏHŞƏTLİ QƏTL: Qonuşularını öldürüb ürəklərini ailəsinə yedirtdi

DƏHŞƏTLİ QƏTL: Qonuşularını öldürüb ürəklərini ailəsinə yedirtdi

ABŞ-ın Oklahoma əyalətinə bağlı Çikaşa şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, 42 yaşlı şəhər sakini Lavrens Paul Anderson 3 nəfəri öldürməkdə təqsirli bilinir.

Məlumata görə Anderson 9 fevral tarixində 3 qonşusunu öldürüb. Digər birinin isə hər iki gözünə bıçaqla xəsarət yetirib.

42 yaşlı cinayətkar məhkəmə qarşısına çıxdığı zaman törətdiyi cinayət əməllərini etiraf edib.

O deyib ki, hər 3 şəxsi öldürməklə kifayətlənməyib. Bu azmış kimi hər üçünün cəsədini parçalayaraq ürəklərini çıxarıb.

"Ürəkləri kartofla bişirərək, iblisləri sərbəst buraxmaq üçün ailəmə yedirtdim", - Andersonun ifadəsində deyilir.

Hüseyn

Mənbə: publika.az