Salyanda yollar buz bağlayıb – VİDEO

Salyanda yollar buz bağlayıb – VİDEO

Salyanda axşam saatlarından başlayan güclü külək qarla müşahidə olunub. Rayona yağan ilk qarın qalınlığı bir sıra yaşayış məntəqələrində 10 sm-a çatıb.

Qarın yağması nəticəsində bəzi ucqar kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaransa da, problem aradan qaldırılıb.

Bəzi ərazilərdə yollar buz bağlayıb, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.

Daha ətraflı Baku TV-nin süjetində:

Mənbə: paralel.az