Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda dəmir-polad zavodunda partlayış baş verib.
Bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, partlayış Çakmaklı məhəlləsində yerləşən zavodda qeydə alınıb. Hadisədən sonra ərazidə yanğın başlayıb.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi xəsarət alanların xəstəxanalara çatdırıldığını açıqlayıb.
Nazir qeyd edib ki, hadisə yerində axtarış-xilasetmə, yanğının söndürülməsi və müdaxilə işləri koordinasiyalı şəkildə davam etdirilir.
Hadisənin səbəbi hələlik məlum deyil.
Müəllif: Roza
Mənbə: publika.az