Almaniyada Milad yarmarkaları ləğv edilir: Səbəb nədir?

Almaniyada Milad yarmarkaları ləğv edilir: Səbəb nədir?

Almaniyada ənənəvi Milad yarmarkalarının bir qismi ləğv olunmağa başlanıb. Buna səbəb təhlükəsizlik tədbirlərinin bahalaşması və təşkilati xərclərin artmasıdır.

Təhlükəsizlik tələblərinin sərtləşdirilməsi, terror təhlükəsinə qarşı baryerlərin quraşdırılması və əlavə mühafizəçilərin cəlb edilməsi xüsusilə kiçik şəhərlərdəki yarmarkaların təşkilini çətinləşdirir.

Nəticədə bəzi təşkilatçılar artan xərcləri qarşılaya bilmədikləri üçün tədbirləri keçirməkdən imtina edirlər.

Qeyd edək ki, Almaniyada Milad yarmarkalarının təhlükəsizliyi məsələsi 2016-cı ildə Berlində və 2024-cü ildə Maqdeburqda baş verən hücumlardan sonra daha da aktuallaşıb.

Müəllif: Adəm

Mənbə: publika.az