Sakit okeanda 14 saat qaldıqdan sonra xilas edildi - FOTO

Sakit okeanda 14 saat qaldıqdan sonra xilas edildi - FOTO

Litvadan olan dənizçi Vidam Perevertilov 14 saat Sakit okeanda qaldıqdan sonra xilas edilib.

Sonxeber.az xəbər verir ki, bu barədə Yeni Zellandiyanın "Stuff" nəşri məlumat yayıb.

Bildirilib ki, səhər saatlarında yük gəmisində çalışan 52 yaşlı Vidam özünü pis hiss edib və gəminin göyərtəsinə çıxıb. Bu zaman o, müqavimətini itirərək suya düşüb. Əynində xilasedici jilet olmayan Vidam təslim olmayıb və üzməyə başlayıb. Bir müddət sonra isə dənizçi su üzərində qalan plastik balıqçı nişanını görüb və ona tərəf üzüb.

Gəminin ekipaj üzvləri isə Vidamın yoxa çıxdığını 6 saatdan sonra görüblər. Perevertilovun itkin düşməsi aşkar edildikdən sonra axtarışlara fransalı xilasedicilər və Polineziyadan olan meteoroloqlar da qoşulub. 14 saatdan sonra isə Vidam sağ olaraq tapılıb.

Mənbə: sonxeber.az