Gəncə sakini bankomatdan pul çıxarmaq üstündə döyüldü

Gəncə sakini bankomatdan pul çıxarmaq üstündə döyüldü

Gəncə sakini 1984-cü il təvəllüdlü Elmir Mirzəyev döyülmə diaqnozu ilə şəhər xəstəxanalarından birinə yerləşdirilib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, 37 yaşlı şəxs müxtəlif bədən xəsarətləri alıb.

Onun vəziyyəti orta ağırdır.

İlkin məlumata görə, E.Mirzəyev tanımadığı şəxs tərəfindən döyülüb, onların arasında mübahisə bankomatdan pul çıxarmaq üstündə düşüb.

Faktla bağlı araşdırma başlanılıb

Mənbə: baku.ws