Hacıqabulda avtomobil aşıb, sürücüsü yaralanıb

Hacıqabulda avtomobil aşıb, sürücüsü yaralanıb

Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə zamanı Şirvan sakini, 1967-ci il təvəllüdlü Məmmədsoy İlham Qərib oğlunun sərxoş vəziyyətdə idarə etdiyi “KİA” markalı 90 SQ 350 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü qabırğaların sınığı diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

İ.Məmmədsoyun taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az