Bakıda ikimərtəbəli bina yanır

Bakıda ikimərtəbəli bina yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi ünvanında ikimərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb edilib.

Yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

Mənbə: apa.az