Korrupsiya həbsləri başladı - Pəncərədən DOLLARLA DOLU ÇAMADANLAR atıldı - VİDEO

Korrupsiya həbsləri başladı - Pəncərədən DOLLARLA DOLU ÇAMADANLAR atıldı - VİDEO

Sosial şəbəkələrdə Qazaxıstanın paytaxtı Astanadakı "Atlant" yaşayış kompleksinin yaxınlığında çəkildiyi bildirilən görüntülər yayılıb. Kadrlarda yerə səpələnmiş dollar əskinasları və çamadan əks olunub.

Musavat.com xəbər verir ki, naməlum şəxslərin pulları və çamadanı binanın pəncərəsindən aşağı atdıqları ehtimal edilir.

Bu insident Qazaxıstanın ən iri dövlət şirkətlərinin rəhbərlərinin həbsi fonunda xüsusi rezonans doğurub.

Belə ki, noyabrın 11-də Milli Təhlükəsizlik Komitəsinin (MTK) Korrupsiyaya Qarşı Mübarizə Xidməti "Samruk-Kazına" ASC-nin İdarə Heyətinin sədri Nurlan Jakupovu, "Qazaxıstan Dəmir Yolları" (KTJ) Milli Şirkətinin rəhbəri Eljas Otınşiyevi və daha bir neçə vəzifəli şəxsi saxlayıb.

Onlar irimiqyaslı korrupsiya cinayətləri törətməkdə şübhəli bilinirlər.

MTK istintaq sirrini əsas gətirərək işin digər təfərrüatlarını açıqlamayıb və əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyini bildirib.

Mənbə: musavat.com