Saunaya müntəzəm getmək ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdıra, qan təzyiqini aşağı sala və bəzi xroniki xəstəliklərin riskini azalda bilər. Lakin bu prosedur hər kəs üçün təhlükəsiz deyil.
Ailə həkimi Erik Aşer saunanın ürək və qan damarlarına təsiri barədə “Women's Health” nəşrinə danışıb.
Həkimin sözlərinə görə, sauna zamanı ürək döyüntüləri sürətlənir, qan damarları genişlənir. Bu proses sürətli yeriş və ya yüngül qaçış zamanı orqanizmdə baş verən dəyişikliklərə bənzəyir.
Bununla belə, mütəxəssis bəzi insanların saunadan uzaq durmalı olduğunu vurğulayıb. Ciddi ürək xəstəlikləri, çox aşağı qan təzyiqi və ya güclü başgicəllənməsi olan şəxslərə yüksək temperaturda belə prosedurlar tövsiyə edilmir.
Yaşlı insanlar və hamilə qadınlar da saunadan istifadə edərkən ehtiyatlı olmalıdırlar.
Müəllif: Adəm
Mənbə: publika.az