Ermənistanda qazdoldurma məntəqəsində güclü partlayış baş verib.
Ermənistan mətbuatına istinadla xəbər verilir ki, hadisə noyabrın 13-ü saat 10:35-də Lori Regional Əməliyyatlar Nəzarət Mərkəzinə Tumanyan icmasındakı yanacaqdoldurma məntəqəsində olub.
Xilasedicilər hadisə yerinə gəliblər. İlkin məlumatlara görə, partlayış qaz doldurma kompressor stansiyasının ayrıca hissəsində yerləşən pnevmatik sistemdə baş verib və nəticədə konstruksiyanın qismən dağılması baş verib.
Yanğın yerli qüvvələr tərəfindən söndürülüb. Xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Müəllif: Tural
Mənbə: publika.az