ABŞ-da hərbi vertolyot qəzaya uğradı

ABŞ-da hərbi vertolyot qəzaya uğradı

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın Alabama ştatında "Fort Rucker" Hava Bazası yaxınlığındakı "Hooper" aeroportunda hərbi vertolyot qəzaya uğrayıb.

Qəzada xəsarət alan və ya ölən olmadığı, pilotların tibb işçiləri tərəfindən müayinə edildiyi bildirilib.

"Fort Rucker" bazasının ictimaiyyətlə əlaqələr ofisinin rəhbəri qəzaya uğrayan vertolyotun təlim məqsədləri üçün istifadə edildiyini və içərisində iki pilotun olduğunu qeyd edib

Qəza nəticəsində vertolyot zədələnib. Hadisə yerinə xəstəxana vertolyotunun endiyi, daha sonra havaya qalxaraq, Alabamanın Dotan şəhəri istiqamətində uçduğu bildirilib.

Mənbə: eastnews.org