Marketdən çörək oğurlayan it kameraya düşdü - VİDEO - FOTO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Milli.Az haberler-ə istinadla bildirir ki, Türkiyənin Malatya vilayətində lentə alınan kadrlarda itin hər gün səhər saatlarında mağazadan 1 ədəd çörək oğurlaması əks olunub.

Malatyada market işlədən şəxs hər gün səhər saatlarında bir ədəd çörəyin yoxa çıxdığını gördükdə mağazaya kamera quraşdırmaq qərarına gəlib. O, görüntüləri izləyərkən oğrunun it olduğunu bilib.

Kişi daha sonra həmin itə çörəyi özü doğrayaraq verib.

Milli.Az görüntüləri təqdim edir:

 

İsmayıl
Milli.Az

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı qardaşlarımızın kədərini bölüşürük - Egemen Bağış

SONRAKI XƏBƏR

NBA-da basketbolçuya 12 oyunluq cəza verildi