Qarın Badamdardakı sürüşmə zonasına təsiri açıqlandı

Son günlər yağan qar Badamdardakı sürüşmə zonasına təsirsiz ötüşməyib.

Bu barədə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. O bildirib ki, ərazidə dinamik gərginliyin qarşısını almaq üçün tədbirlər davam etdirilir:

“Bir müddətdir ki, Badamdar sürüşmə zonasında yüklənmənin götürülməsi üçün bərpa işlərinə başlanılıb. Təhlükənin aradan qaldırılması üçün sürüşmüş kütlə yüngülləşdirilir. Son günlər qarlı hava şəraitinin əraziyə ciddi olmasa da, müəyyən qədər təsiri olub. Qarlarla, yağış suları ilə islanmış, axmış torpaq qatı oradan götürülməkdədir. Bu tədbirlər gərginliyin qarşısını almağa hesablanıb”.

Qeyd edək ki, ötən ay Badamdarda intensiv yağıntılar səbəbindən sürüşmə hadisəsi baş vermişdi.

 

Onn.az

ƏVVƏLKİ XƏBƏR

“Ermənistanda Aİ-Rusiya qarşıdurması baş verə bilər” RƏY-ÖZƏL

SONRAKI XƏBƏR

Qlobal iqtisadiyyat vaksinlə dirçələ bilər - Cannet Yellen