Nigeriyada silahlılar məktəbə hücum etdi

Nigeriyada silahlılar məktəbə hücum etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Nigeriyanın Zamfara vilayətində silahlı şəxslərin internat məktəbinə hücumunda yüzlərlə şagird qız qaçırılıb.

Naməlum silahlı şəxslər səhər tezdən vilayətin Janqebe bölgəsindəki Dövlət Qızlar Liseyinə hücum ediblər.

Yüzlərlə qız qaçırılıb, bir çox şagird isə onların əlindən qaçmağı bacarıb.

Hadisə ilə bağlı hələ heç bir açıqlama verilməyib.

 

Mənbə: eastnews.org