Bakıda tələbə qız qəfil vəfat edib.
Oxu.az-a istinadən xəbər verilir ki, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib.
Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb.
Məlumata görə, onun meyitini birlikdə yaşadığı bacısı aşkarlayıb. Tələbənin ölüm səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva
Mənbə: news.milli.az