Əfqanıstanda hərbi bazaya hücum - Ölənlər var

Əfqanıstanın cənubunda, Qəndəhar vilayətində bomba yüklü maşınla hərbi bazaya hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində dörd təhlükəsizlik keşikçisi həyatını itirib.

Əfqanıstan rəsmiləri bildiriblər ki, Ərqəndab rayonunda baş verən hadisədə daha altı nəfər yaralanıb.

Hələlik hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

“Bu, ABŞ və İranı yeni zorakılıq mərhələsinə aparacaq” –Hüseyni

SONRAKI XƏBƏR

Həqiqətin 4 saat və 4 dildə ifadəsi (VİDEO)