Zaqatalada 56 yaşlı kişini avtomobil vurub

Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü İsayev Zeynal Muhamma oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırm aparılır.

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Bankomatdan aldığı pulun dəyəri 100 dəfə artdı - FOTO

SONRAKI XƏBƏR

Röya Ayxan Türkiyədə qazilərimizə baş çəkdi