Rusiyaya məxsus qaz yatağında yanğın baş verib – VİDEO

Rusiyaya məxsus qaz yataqlarının birində yanğın baş verib.

TASS xəbər verir ki, hadisə Yamal-Nenetsk muxtar dairəsindəki “Yubileynı” yatağında qeydə alınıb.

“Qazprom Nadım Hasilat” şirkətindən verilən məlumatda bildirilib ki, yanğın nəticəsində yataqdan qaz hasilatı dayandırılıb.

“Yanğına səbəb qazın hazırlanması üzrə texniki korpusdakı alışma olub. Yanğın 1600 kvadrat metr ərazini əhatə edib. İşçi heyəti dərhal hadisə yerindən uzaqlaşdırılıb. Xəsarət alanlar olmayıb”, - deyə “Qazprom”un törəmə şirkətinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, sözügedən qaz yatağı 2000-ci ildə istifadəyə verilib və onun yaxınlığında yaşayış məntəqələri mövcud deyil.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Trampın kiçik oğlu seçkilərə qatılır

SONRAKI XƏBƏR

Prezident: "Əgər hər şey bizim fikirləşdiyimiz kimi gedərsə, hansısa mərhələdə sülh sazişinin də imzalanmasını istisna etmirik"