Azərbaycanlı iş adamı Türkiyədə vəfat etdi

Azərbaycanlı iş adamı Türkiyədə vəfat etdi

Rusiyada yaşayan iş adamı vəfat edib.

Əslən Gəncə şəhərindən olan biznesmen, 1960-cı il təvəllüdlü Saləddin Məmmədov uzun illər Rusiyanın Sankt-Peterburq şəhərində bizneslə məşğul olub.

Onun adıçəkilən şəhərdə onlarla ticarət obyektinin olduğu bildirilir. Saləddin Məmmədov bir neçə il əvvəl ağır xəstəliyə yoluxub.

Müalicələrə baxmayaraq, iş adamı noyabrın 14-də Türkiyədəki klinikalardan birində dünyasını dəyişib.

İş adamı dünən Gəncə şəhərində dəfn olunub. (Oxu.az)

Mənbə: bizim.media