Avtomobilini aşıran şəxs xəstəxanda ölüb

Avtomobilini aşıran şəxs xəstəxanda ölüb

Hacıqabul rayonu ərazisində yol qəzası olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 25-də saat 19 radələrində rayon ərazisində Şirvan şəhər sakini İ.Məmmədsoy idarə etdiyi “KİA” markalı avtomobili dərəyə aşırıb. Sürücü xəsarətlərlə xəstəxanaya yerləşdirilib və fevralın 26-da orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Mənbə: sia.az