Ər yataq otağında arvadını dostu ilə tutdu, SEVGİLİLƏR özlərini BALKONDAN ATDI

Ər yataq otağında arvadını dostu ilə tutdu, SEVGİLİLƏR özlərini BALKONDAN ATDI

Yataq otağında ona xəyanət edərkən tutduğu ​​arvadı və sevgilisinin balkondan atlayaraq ölməsində şübhəli bilinən ər bəraət alıb.

Sonxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, arvadını və dostunu yataq otağında bir yerdə görən Hüseyin Kurtun məhəməsi olub. Kurt arvadı və dostunun qorxaraq balkondan yıxılıb ölməsində şübhəli şəxs kimi istintaqa cəlb olunmuşdu.

Keçirilən məhkəmədə vəfat edən Aykut Demirtuğun atası Ahmet Demirtuğ verilən ifadələrin bir-birinə uyğun olmadığını ifadə edərək "Bu cür ziddiyyətli ifadələrin olduğu yerdə bəraət istəmək çox üzücüdür" deyib. Ölən Zeynep Kurtun ailəsi də qızının ölümünə səbəb olan şəxsin cəzalandırılmasını və həbs olunmasını istəyib.

Şəlalə Babayeva

Mənbə: sonxeber.az