İslandiyada güclü zəlzələ

İslandiyada güclü zəlzələ

İslandiyada 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

TASS bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına istinadən xəbər yayıb.

Bildirilir ki, ocağı 5 km dərinlikdə yerləşən zəlzələnin episentri Reykyavikdən (əhalisi təxminən 118 min nəfər) 268 km cənub-şərqdə olub.

İtkilər və dağıntılar barədə məlumat verilmir.

Ötən gün ərzində bölgədə 3 və 5 bal gücündə daha bir neçə təkan qeydə alınıb.

Mənbə: www.oxu.az