Dövlət Miqrasiya Xidməti (DMX) cari ilin oktyabrında Azərbaycan hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı 130 qərar qəbul edib.
"Bakupost" xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq DMX-dən məlumat verilib.
Bildirilib ki, həmçinin Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində 2026-cı ilin oktyabr ayı ərzində 74 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.
Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.
Mənbə: www.bakupost.az