Ukraynada xəstəxanada partlayış oldu, ölən və yaralananlar var

Ukraynada xəstəxanada partlayış oldu, ölən və yaralananlar var

Ukraynanın Çernovsı şəhərində 1 saylı xəstəxanada partlayış olub.

KONKRET.az xəbər verir ki, “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çernovsı vilayət administrasiyası başçısının müavini Natalya Qusak feysbuk səhifəsində yazıb.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hospitaldakı pasiyentlər başqa xəstəxanaya yerlışdirilib.

Mənbə: konkret.az