İraqda qanlı toqquşma: 5 ölü, 175 yaralı

İraqda qanlı toqquşma: 5 ölü, 175 yaralı

İraqın Nasiriyyə şəhərində etirazçılar ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında cqanlı toqquşmalar baş verib.

Cebhe.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qarşıdurma zamanı ən az 5 nəfər ölüb, 175-dən çox insan yaralanıb.

Tibbi xidmətdəki mənbə ölümlərin çoxuna güllə yarasının səbəb olduğunu deyib. Yaralılar arasında təxminən 120 etirazçı və ən az 57 hüquq-mühafizə əməkdaşı var.

Etirazçılar qubernatorun istefasını və son bir ildə şəhərdə həlak olan nümayişçilərə ədalət tələb edirlər.

Mənbə: cebhe.info