Mingəçevirdə qarğalar qırılır - FOTO

Mingəçevirdə qarğalar qırılır - FOTO

Şəhər sakinləri son bir həftədə quşların ölümünü daha çox müşahidə etdiklərini deyirlər. Qarğa leşlərinə şəhər xəstəxanasının həyətində də rast gəlinir.

Qarğaların 250-300 il yaşaması haqda əfsanələr dolaşsa da, əslində, bu səs-küylü quşlar 15-20, ən çoxu isə 30-40 il ömür sürür. Onlar əsasən zibil poliqonlarında daha çox gözə dəyir. Əsasən bitkilər, böcəklər, qida qalıqları ilə dolanırlar. Qarğalar təhlükə ilə üz-üzə qaldıqda və ya yem tapdıqda daha çox səs-küy salmaları ilə seçilirlər. Sputnik Azərbaycan xəbər verir ki, son bir həftədə Mingəçəvir şəhəri ərazisində bu canlıların kütləvi ölümü müşahidə edilir. Şəhər sakini Mobil Ələkbərov Sputnik Azərbaycan-a bildirib ki, parklarda, küçələrdə qarğa leşlərinə son günlər tez-tez rast gəlinir:

Mingəçevirdə ölü qarğalar “Mən şəxsən bu gün şəhər ərazisində beş qarğanın ölüb düşdüyünü görmüşəm. Amma bilmirəm ölüm səbəbi nədir. Onu həkimlər, mütəxəssislər araşdırmalıdırlar. Onu da deyim ki, 10-15 gündür, belə ölüm halları çoxdur. Əvvəlki günlərdə qarğa leşlərinə rast gəlməmişdim”.

Qarğaların kütləvi ölümü hər hansı xəstəliyin yayılmasına səbəb ola bilər. Elə bunu nəzərə alan Mingəçevir sakinləri narahatdırlar. Şəhər sakini Mehman Məlikov aidiyyatı qurumları tezliklə hərəkətə keçməyə, quşların ölüm səbəbini müəyyən etməyə səsləyib.

Mingəçevirdə ölü qarğalar Sputnik / Rahim MammadovMingəçevirdə ölü qarğalar Sputnik / Rahim MammadovMobil Ələkbərov Sputnik / Rahim MammadovMingəçevirdə ölü qarğalar Sputnik / Rahim MammadovMingəçevirdə ölü qarğalar Sputnik / Rahim Mammadov1 / 5Mingəçevirdə ölü qarğalar

“Bir həftə, bəlkə də çox olar, parklarda, küçələrdə qarğa leşlərinə rast gəlirik. Yəqin ki, xəstəlikdən ölürlər, bunu dəqiq deyə bilmərəm. Aidiyyatı qurumlara müraciət edirik ki, bunu araşdırsınlar, öyrənək, görək nədən ölür bu canlılar. Küçədə hərəkət edən zaman görürsən, qəfildən göydən nəsə düşdü. Baxırsan ki, qarğadır, ağacdan leşi düşür. Onlar uzunömürlüdür, qəfildən belə çoxlu ölümü səbəbsiz deyil”.

Şəhər ərazisində quşların qara, ağ-qara və digər bəzəkli növlərinin leşlərinə rast gəlinir. Həmçinin Mingəçevir Şəhər Xəstəxanasının həyətində də quşların ölüsünü görmək olur. Qarğaların kütləvi ölüm səbəbini öyrənmək üçün Mingəçevir şəhər Baytarlıq İdarəsinə müraciət etdik. İdarə rəisi Talıb Talıbov Sputnik Azərbaycan-ın bölgə müxbirinə məsələdən xəbərsiz olduğunu bildirib. Həmçinin şəhər sakinlərinin idarəyə müraciət etmədiklərini deyib.

Mənbə: sputnik.az