Bir gündə 4 tanker minaya düşdü - İran bəyanat yaydı

Bir gündə 4 tanker minaya düşdü - İran bəyanat yaydı

Hörmüz boğazı yaxınlığında daha bir tanker minaya düşərək yanıb.

Publika.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası İran Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, tanker Hörmüz boğazının şərqində hərbi minaya düşərkən Tehran tərəfindən icazə verilməyən marşrut üzrə hərəkət edirmiş. Gəminin alovlandığı və "ciddi ziyan dəydiyi" bildirilir.

"Təhlükəsiz keçid dənizçilik qaydalarına riayət etməyi və İranın silahlı qüvvələri ilə koordinasiyanı tələb edir", - Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir.

Bəyanatda əlavə olunur ki, təhlükəsizlik "boş ritorika və yalanlarla təmin edilə bilməz".

Bu, son 24 saat ərzində Hörmüz boğazında minaya düşən dördüncü tankerdir.

Mənbə: publika.az