Dəm qazından zəhərlənən Samux sakini başından da xəsarət alıb

Dəm qazından zəhərlənən Samux sakini başından da xəsarət alıb

Samux sakini dəm qazından zəhərlənib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Alıuşağı kəndində baş verib. 1978-ci il təvəllüdlü Muşfiq Quliyev dəm qazından zəhərlənib. 43 yaşlı şəxs huşunu itirib yıxıldığı zaman baş nahiyəsindən də xəsarət alıb. Hazırda xəstəxanaya yerləşdirilən M.Quliyevə tibbi yardım göstərilib,səhhəti normaldır.

Mənbə: sia.az