Samuxda iki nəfər bıçaqlandı

Samuxda iki nəfər bıçaqlandı

Samux rayonunda iki nəfər mübahisə zəminində bıçaq xəsarəti alıb.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb.

Samux rayon sakinləri, 37 yaşlı Elçin Məmmədov və 45 yaşlı Eldəniz Həsənov mübahisə zəminində bıçaqlanıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: konkret.az