Baş nazirə sui-qəsd hazırlayan şəxs saxlanıldı

Baş nazirə sui-qəsd hazırlayan şəxs saxlanıldı

Çexiyanın Baş naziri Andrey Babiş və onun ailə üzvlərinə qarşı sui-qəsd hazılayan şəxs nəzarət altına alınıb.

Qazet.az xəbər verir ki, bu barədə A.Babiş özü məlumat yayıb.

Məlumata görə, sözügedən şəxs İspaniyada saxlanılıb.

“Polis əməkdaşları yanvarın 8-də məni və ailə üzvlərimi güllələmək istəyən insan barədə mənə məlumat verdi, bundan sonra evimiz nəzarətə götürüldü”, – deyə Babiş CNN telekanalında çıxış edərkən bildirib.

Mənbə: qazet.az