Gəncədə yaşayış binasında yanğın olub

Gəncədə yaşayış binasında yanğın olub

Gəncə şəhərində yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 3 mikrorayonunda yerləşən binalardan birinin 2-ci mərtəbəsində qeydə alınıb.

Şəhər sakini, 1992-ci il təvəllüdlü Lalə Cavadovaya məxsus, sahəsi 60 kv/m olan evin mətbəxində qəfildən yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, evin digər otaqları yanğından mühafizə olunub.

İlkin məlumata görə, yanğın su qızdırıcısında olan qısaqapanmadan qaynaqlanıb.

Mənbə: apa.az