Samuxda iki kişi bıçaqlanıb

Samuxda iki kişi bıçaqlanıb

Samuxda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb.

Kənd sakinləri - 1984-cü il təvəllüdlü Elçin Məmmədov və 1976-cı il təvəllüdlü Eldəniz Həsənov qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hər iki yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az