Daşkənddə kirayə yaşadıqları evdə beş tələbə zəhərlənmədən dünyasını dəyişib

Daşkənddə kirayə yaşadıqları evdə beş tələbə zəhərlənmədən dünyasını dəyişib

Daşkəndin Yunusabad rayonunun İnjabad küçəsində kirayə yaşadıqları evdə beş tələbə kəskin zəhərlənmədən dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, tələbələr naməlum maddədən zəhərləniblər.

Tələbələrin üçü Daşkənd İnformasiya Texnologiyaları Universitetinin, digərləri Sinqapur və İnxa universitetlərinin tələbələri olub.

Hadisə ilə bağlı Yunusabad rayon prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır. Cinayət işi Respublika Baş Prokurorluğunun nəzarətindədir.

Mənbə: azertag.az