Türkiyədə məscidi ildırım vurdu

Türkiyədə məscidi ildırım vurdu

Türkiyənin Osmaniye şəhərində ötən gecə yağan güclü yağış zamanı məscidlərdən birini ildırım vurub.

Bu barədə "Haber Global" məlumat yayıb.

Hadisə Bakı vaxtı ilə 00:30 radələrində Osmaniye şəhər mərkəzinin Haraz məhəlləsindəki Nur məscidində baş verib. İldırım məscidin elektron sisteminə və minarəsinin beton hissəsinə, eləcə də yaxınlıqdakı evlərdəki elektrik cihazlarına zərər vurub.

Yüksək səs sakinlər arasında qısamüddətli panikaya səbəb olub. Onlar təbiət hadisəsini zəlzələ hesab ediblər.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az