Eşşəyi evakuatorla cərimə meydançasına apardılar - Video

Eşşəyi evakuatorla cərimə meydançasına apardılar -

Türkiyənin paytaxtı Ankarada sahibi tapılmayan eşşək evakuatorla cərimə meydançasına aparılıb.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, şəhərdə sahibsiz şəkildə gəzən heyvan aidiyyəti qurumlar tərəfindən götürülərək nəqliyyat vasitələri üçün nəzərdə tutulan dayanacağa təhvil verilib.

1246 lirə cərimə ödəyərək eşşəyini geri alan sahibi Orhan Fiqan baş verənləri belə şərh edib:

"Eşşəyi adi bir avtomobil kimi evakuatora yükləyib cərimə meydançasına aparıblar. Sağ olsunlar, orada heyvana yem və su da veriblər."


Mənbə: bizim.media