Yer Kürəsi Günündə tarixi rekord qırılacaq: 1 milyard ağac əkiləcək

Yer Kürəsi Günündə tarixi rekord qırılacaq: 1 milyard ağac əkiləcək

COP31 çərçivəsində 11 ölkə 2027-ci il aprelin 22-də – Yer Kürəsi Günündə bir gündə 1 milyarddan çox ağac əkməyi öhdəsinə götürüb.

Publika.az xəbər verir ki, təşəbbüsə Keniya, Braziliya, Fici, Pakistan, Palau, Papua Yeni Qvineya, Konqo Respublikası, Seyşel adaları, Tayland, Toqo və Venesuela qoşulub.

Təşəbbüs keniyalı ekoaktivist Truphena Muthoni və avstraliyalı ətraf mühit fəalı Cimi Koen tərəfindən irəli sürülüb.

Bu təşəbbüs nəticəsində 2027-ci ildə bir gündə əkilən ağacların sayına görə tarixi rekordun yenilənəcəyi gözlənilir.

Mənbə: publika.az