Rusiyalı aktyor Ukraynada müharibəni pisləyən paylaşımlarını sildi - Foto

Rusiyalı aktyor Ukraynada müharibəni pisləyən paylaşımlarını sildi -

Rusiyalı aktyor İvan Oxlobıstin Ukraynada müharibəni pisləyən paylaşımlarını Telegram kanalından silib.

Bu barədə rus mətbuatı yazıb.

Oxlobıstin yazırdı ki, bu müharibə “Tanrının xoşuna gəlmir”, hakimiyyət isə “əlindən gələni edib”.

Onun sözlərinə görə, dostunun cəsədi noyabrın 12-dən bəri “döyüş meydanında qalır və onu indiyədək götürmək mümkün olmayıb”.

Aktyor dostunun “boş yerə həlak olduğunu” da yazıb.

Rusiyalı aktyor Ukraynada müharibəni pisləyən paylaşımlarını sildi - Foto - foto 1


Mənbə: bizim.media