Gəncədə qadın bıçaq xəsarəti alıb

Gəncədə qadın bıçaq xəsarəti alıb

Gəncədə ehtiyatsızlıqdan bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə şəhərin “38 Hərbi şəhərcik” adlanan yaşayış binasındakı mənzillərin birində qeydə alınıb.

2001-ci il təvəllüdlü Fidan İsmayılova qarının daxilə keçən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadın əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qadının yaxınlarının dediyinə görə, mətbəxtə ehtiyatsızlıqdan bıçaq əlindən düşüb qarnına batıb.

Faktla bağlı araşdırma aparılır (apa).

Mənbə: www.unikal.org