ABŞ-ın Kaliforniya ştatının mərkəzi hissəsində konsert zamanı baş verən silahlı insident nəticəsində 9 nəfər yaralanıb.
"Associated Press" agentliyinin məlumatına görə, hadisə şənbə günü axşam saatlarında Tulare dairəsinin Stratmor şəhərində baş verib.
Təxminən 150 nəfərin iştirak etdiyi konsert zamanı naməlum şəxslər izdihama atəş açıblar.
Yaralılardan 26 yaşlı kişinin vəziyyəti ağırdır. O, sinəsindən güllə yarası alıb və əməliyyat olunub. Daha iki nəfər əməliyyata ehtiyac duyub, digər altı nəfər isə yüngül xəsarət alıb.
Hücumun dəstə münaqişəsi ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Hələlik hadisə ilə bağlı heç kim saxlanılmayıb.
Polis əhali üçün artıq təhlükənin olmadığını bildirib.
Mənbə: azxeber.com